4 Mart, 2015
Azərbaycanlı vəhşicəsinə öldürüldü - Rusiyada

Rusiyanın Rostov vilayətində 46 yaşlı azərbaycanlı vəhşicəsinə öldürülüb.

Simsar.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Rostov vilayətinin QRES qəsəbəsində çamadanın içində kəsilmişinsan əlləri və ayaqları tapılıb.

Rusiya hüquq-mühafizə orqanları çamadanın içində olan kişi cəsədinin qalıqlarının 46 yaşlı azərbaycanlıya məxsus olduğunu açıqlayıblar. Həmin azərbaycanlının həbsxanadan yenicə çıxdığı bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!