4 May, 2011
Üç Azərbaycan filmi bərpa olunub

Dövlət Film Fondu tərəfindən 20 yanvar hadisələrinə həsr olunmuş iki film bərpa olunub

Fonddan Simsar.az-a verilən məlumata görə, bunlar Vaqif Azəryarın “Bakıda insan ovu” və Teymur Bəkirzadənin quruluş verdiyi “Matəm” filmləridir. 

Bundan başqa Film Fond “Oxuyur Müslüm Maqomayev” filminin bərpasını da başa çatdırıb. Filmə 1971-ci ildə Tofiq İsmayılov quruluş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!