4 Mart, 2015
Camaşırxanada iki ölü körpə tapıldı

Qəribə hadisə ABŞ-ın Las Veqas şəhərində baş verib. Simsar.az Associated Press agentliyinə istinadən xəbər verir ki, camaşırxana işçiləri bu haqda ekspedisiya üzvlərinə məlumat verib. Onlar paltarlarla dolu səbətdən iki ölü körpə tapdıqlarını deyiblər. Ekspedisiya üzvləri ilkin qənaət olaraq qeyd edirlər ki, hadisə səhvən, diqqətsizlikdən baş verib.

Qeyd edək ki, əkiz övlad dünyaya gətirməyə hazırlaşan qadın özünü pis hiss etdiyi üçün erkən olaraq xəstəxanaya yerləşdirilib. Hər iki körpənin səhhətində problem olduğu üçün onların həyatlarını xilas etmək mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!