4 Mart, 2015
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub
Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib.

Simsar.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib.

Söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!