4 Mart, 2015
Quardiola “Mançester Siti”nin hədəfində

“Bavariya”nın ispaniyalı çalışdırıcısı Pep Quardiola karyerasını İngiltərədə davam etdirə bilər. Simsar.az “The Daily Mirror”a istinadən xəbər verir ki, “Mançester Siti” baş məşqçiyə elçi düşüb. Artıq, mütəxəssislə əlaqə yaradan “Premyer Liqa” təmsilçinin yaxın günlərdə rəsmi danışıqlara başlayacağı gözlənilir. Danışıqlar müsbət nəticələnərsə, növbəti mövsümdən Quardiolanı “Mançester Siti”də görə bilərik.

Qeyd edək ki, 44 yaşlı baş məşqçi 2013-cü ildən “Bavariya”nı çalışdırır.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!