4 May, 2011
Ermənistan Azərbaycana yenə uduzdu

 İşğalçılar beynəlxalq layihədən kənarda qaldı

Regionda həyata keçirilməsi nəzərdə tutulan ən böyük nəqliyyat layihələrindən biri - Qara dəniz ətrafı dairəvi magistral yol ideyasının reallaşması Qarabağ münaqişəsinin həllindən asılıdır.

Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi internet səhifəsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: “Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər İrəvanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil”.

Xatırladaq ki, bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək.

Azərbaycanın nəqliyyat naziri bildirib ki, ümumilikdə Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır: “Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!