3 Mart, 2015
Qırıcılara "Vur" əmri verildi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) uğurla həyata keçirdiyi "Şah Fırat" əməliyyatı ilə başqa yerə daşınan Süleyman Şah türbəsinin köhnə yeri ilə yeni yeri ciddi nəzarət altında saxlanılır.

Simsar.az-ın məlumatına görə, Türkiyə Süleyman Şah türbəsini İŞİD terrorçularının hücumlarından qorumaq üçün döyüş təyyarələrindən və pilotsuz uçan aparatlardan istifadə edir.

Türkiyə mətbuatının yazdığına görə, təyyarələr Süleyman Şah Türbəsinə mümkün hücumlarla bağlı müntəzəm kəşfiyyat uçuşları edir. Pilotsuz uçan təyyarələr isə türbənin köhnə və yeni məkanında daimi keşik çəkirlər. Mümkün təhlükəli vəziyyət qeydə alındığı təqdirdə Türkiyə döyüş təyyarələri dərhal zərbələr endirəcək.

"Şah Fırat" əməliyyatının ardından son 1 həftədə tam təchizatlı olaraq Diyarbakırdan hər gün havaya qalxan 5 F-16 döyüş təyyarəsi Süleyman Şah türbəsi olan bölgədə kəşfiyyat uçuşları həyata keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!