3 Mart, 2015
Qvardiola qəzaya düşdü

"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola xoşagəlməz hadisə ilə üzləşib.

Simsar.Az-ın "Mirror" qəzetinə istinadən yaydığı xəbərə görə,  təcrübəli mütəxəssis yol qəzasına uğrayıb. Onun idarə etdiyi avtomobilin əyləci tutmayıb və nəticədə digər maşınla toqquşub. Xoşbəxtlikdən qəza ağır olmayıb.

Hər iki avtomobilin sürücüsü xəsarət almayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!