3 Mart, 2015
Avropada 2015-in ən yaxşı avtomobili seçildi - Foto

Avropada 2015-ci ilin yaxşı avtomobil modeli seçilib. İnterAz-ın verdiyi məlumata görə, bu dəfə “Volkswagen”in “Passat” modeli ilin ən yaxşı avtomobili olub. Cenevrədə təşkil edilən avtomobil sərgisində “Passat”, “BMW 2-Serisi”, “Citroen C4 Cactus”, “Ford Mondeo”, “Mersedes-Benz C”  “Nissan Qashqai” və “Renault Twingo” avtomobil markaları iştirak ediblər.

58 mütəxəssis və jurnalistlərdən ibarət münsiflər heyətinin səs verməsinə əsasən bu ilin ən yaxşı avtomobil modeli “Volkswagen Passat” olub.

Əvvəlki modellərinə nisbətən 85 kiloqram yüngülləşən “Passat”, yeni nəsil mühərrikləri ilə yanacağı 20% qənaətlə işlədir.

Qeyd edək ki, sərgidə “Passat”dan sonra ikinci və üçüncü yerləri “Citroën C4 Cactus” və “Mersedes Benz Class C” modelləri tutublar.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!