4 May, 2011
Sarkozi hədələdi

Fransa prezidenti Nikola Sarkozi  Mərakeşdə partlayış törədənləri cəzalandıracağına söz verib

Mərakeş şəhərində partlayış nəticəsində ölən 8 fransalının cəsədi Parisə gətirilib.
APA-nın bbc.com saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Orli hava limanında təşkil olunan mərasimdə Fransa prezidenti Nikola Sarkozi iştirak edib.
O partlayış törədənləri cəzalandıracağını söz verib.
Xatırladaq ki, Mərakeş şəhərinin mərkəzi meydanında baş vermiş partlayışda 16 nəfər həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!