3 Mart, 2015
Nemtsov Troekurov qəbiristanlığında dəfn olundu

Rusiyanın qətlə yetirilən siyasətçisi Boris Nemtsov Moskvanın Troekurov qəbiristanlığında dəfn olunub.

Simsar.az rt.com-a istinadən xəbər verir ki. siyasətçi ilə vidalaşmağa onun yaxınları, dostları və silahdaşları gəliblər.
Boris Nemtsov fevralın 28-nə keçən gecə qətlə yetirilib, RİA Novosti xatırladır.

Qeyd edək ki, Boris Nemtsov fevralın 28-i gecə saatlarında “Böyük daş körpü”də öldürülüb. Naməlum şəxs ona 4 dəfə atəş açıb. Ürəyindən yara alan siyasətçi yerindəcə keçinib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!