3 Mart, 2015
Sabah Xəzərin hüquqi statusu üzrə İşçi Qrupu Bakıya toplaşacaq

Bakıda Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək.

Simsar.az-ın məlumatına görə, iclas martın 4-5-də baş tutacaq. Görüşdə Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistandan işçi qrupunun üzvləri, xarici işlər naziri müavinləri iştirak edəcək. İclasda Astanada keçirilməsi planlaşdırlan Xəzəryanı ölkələrin növbəti sammitinin dəqiq tarixi müəyyənləşdiriləcəkİclasda iştirak etmək üçün İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycana səfər edib. Bu barədə APA-ya İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Xatırladaq ki, Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun azərbaycanlı üzvü xarici işlər nazirinin müavini Xələf Xələfovdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!