3 Mart, 2015
Qəbələdə keçiriləcək beynəlxalq yarışın tarixi açıqlandı

“Qəbələ” Atıcılıq Klubunda təşkil olunacaq stend atıcılığı üzrə Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirinin tarixi açıqlanıb. Klubdan Simsar.az saytına verilən məlumata görə, yarışlar mayın 15-24-də təşkil olunacaq.

Turnirin ümumi mükafat fondu 96 min 500 ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, ötən il analoji turnirdə yığmamızla yanaşı, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistandan 150-yə yaxın snayper dairəvi və səngər stend növləri üzrə öz dəqiqliklərini yoxlamışdılar. Turnirin ümumi mükafat fondu 81 min ABŞ dolları idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!