3 Mart, 2015
Mədəniyyətlə bağlı iki yeni layihənin təqdimatı olacaq

Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq olunub. Yeni Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib.

Bu münasibətlə cari ilin 4 mart 2015-ci il tarixində saat 11.30-da Bakı şəhərində yerləşən Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının Təqdimat mərasimi keçiriləcək.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!