3 Mart, 2015
"Doydum Şou"da ulduzların paxlava biş-düşü – FOTO

Space 104 FM-nin Yanar Saat proqramının “Doydum Şou”sunun bu dəfəki qonağı müğənni Gülay Zeynallı, Xatun və Xuraman Şuşalı olub

Şamlar yandırıldı, xonçalar quruldu... Canlı yayımda yağ əridildi, maya töküldü, un ələnib paxlava biş-düşünə hazırlıq görüldü. Ulduzlar qollarını çırmalayıb iş başına keçdilər. Xatun xəmir yoğurub kündə hazırladı, qoz-fındıq sındırıldı, içlik düzəldildi. Ulduzlar dedilər, çalıb-oxudular, bir-birlərinə tərif etdilər. Duzlu-məzəli söhbətləri, onun-bunun bostanına daş atmaqla Space 104 FM radisounun mətbəxində bayram ab-havası yaratdılar. Bəzi işlərdə səriştəsiz olan ulduzlara aparıcı Anar da qol çırmalayıb kömək etdi, yağ qarışdırdı.

 

Nəhayət ki, paxlava sobaya qoyuldu...

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!