3 Mart, 2015
Prezident Rusiyanın “VTB” Bankının rəhbəri və İdarə Heyətinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “VTB” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

Simsar.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!