3 Mart, 2015
Ərdoğan ənənəni pozmadı – Berdiməhəmmədov Türkiyədə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Türkiyəyə rəsmi səfər edib.
Simsar.az Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Türkmənistan dövlət başçısını Prezident Sarayına kimi Atlı Mərasim Birliyi müşayiət edib.

Prezident Ərdoğan, qonağını Prezident Sarayında mərasimlə qarşılayıb.

Qarşılanma mərasimindən sonra təkbətək görüşən prezidentlər daha sonra heyətlər arası toplantıya keçiblər.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!