3 Mart, 2015
Maradona bu hala düşdü! - Foto

Əfsanəvi futbolçu Dieqo Maradona yeni görünüşü ilə görənləri xeyli təəccübləndirib.

Simsar.az məlumat verir ki, Venesuelada bir televiziya proqramına qatılan Maradona keçirdiyi bir sıra estetik əməliyyatlardan sonra qadına xas görünüş alıb. Bundan əlavə o, dodaq boyasından da istifadə edib.

Əfsanəvi futbolçunun bu cür görünüşü pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Yayımdan sonra mütəxəssislər argentinalı ulduzun brilyant sırğa taxdığını, tatu etdiyini, üz dərisini dartdırdığını, hətta dodaqlarına silikon vurduğunu təsdiq edib.

Keçirdiyi əməliyyatlarla daha gənc və sağlam bir görünüşə qovuşmaq istəyən 54 yaşlı dünya ulduzunda comərd görünüşündən əsər-əlamət belə qalmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!