3 Mart, 2015
“İŞİD”ın Mosulda dağıtdığı heykəllərin əsili İngiltərəyə aparılıb

Simsar.az farsnews.com-a istinadən xəbər verir ki, İŞİD terror təşkilatı Mosuldakı heykəllərin əslini İngiltərəyə daşıyıb.

İŞİD-in əslində heykəlləri İngiltərəyə daşıdığını, mediaya çıxarılan görüntülərin isə ictimai rəyi çaşdırmaq niyyəti güddüyü iddia olunur.

Mosul sürgündəki qubernatoru Nəcib Nuceyfi, “İŞİD”-ın  Mosulda yandırıb dağıtdığı əsərlərin saxta olduğunu deyib.

İraqın Mosul şəhərinin sürgündəki qubernatoru Nəcib Nuceyfi, kürd xəbər saytı “Rudawa” verdiyi müsahibəsində ötən günlərdə Mosul Muzeyində “İŞİD”ın məhv etdiyi əsərlərin çoxunun 2003-cü ildə baş verən İraq müharibəsindən sonra Bağdadda aparılan əsas əsərlərin surəti olduğunu deyib.

“İŞİD”-ın 7 əsəri oğurladığını deyən Nuceyfi YUNESKO-nun oğurlanmış əsərləri almaması üçün antik əsər ticarətçilərinə xəbərdarlıq etdiyini bilidirb: “Mosul Muzeyi, İraqın ikinci böyük muzeyidir. “Şans” əsəri və bəzi əsərlər muzeydən Bağdaddakı Milli Muzeyə köçürülüb. Videoda ağır çəkiclə qırılan, məhv edilənlər isə əsərlərin təkarar istehsallarıdır. Ancaq onların 2 əsəri məhv edilib. Onlardan biri “Qanadlı öküz”, digəri “Rozhan” heykəlidir”.

İraqdan oğurlanan Akad dövrünə aid əsərlərin Türkiyə, Suriya və Livan ərazisindən getdiyini iddia edən Nuceyfi, bu 2 ölkənin əsərlərin qaçırılmasını qarşısının ala biləcəyini də deyib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!