3 Mart, 2015
Avropa Oyunlarının əsas yayımçısı Britaniya telekanalı olacaq – Nazir

“I Avropa Oyunlarının əsas yayımçısı Böyük Britaniyanın IBC televiziya şirkəti olacaq”.

Simsar.az xəbər verir ki, bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Çarls Hendri ilə görüşü zamanı bildirib: “İBC-nin əsas yayımçı olması ilə bağlı qərar çoxdan verilib. Lakin əsas odur ki, İBC dörd süni peyk vasitəsilə oyunları dünyaya yayımlayacaq ki, məhz həmin dörd peykdən biri “Azərspace-1” peykidir”.

Nazir əlavə edib ki, bununla da ilk dəfə İngiltərə şirkəti Azərbaycan kosmik peykindən istifadə etmiş olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!