3 Mart, 2015
Paytaxtda yataqxana yandı: 20 nəfər təxliyə - VİDEO

Xətai rayonunda yataqxanada yanğın olub.

Ans-in məlumatına görə, yanğın ötən gecə Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində baş verib. Hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın binanın elektrik xətlərində baş verdiyindən qısa zamanda mənzilləri qatı tüsdü bürüyüb. FHN-dən bildirilib ki, yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Görülən tədbirlər nəticəsində mənzillər yanğından mühafizə olunub. Yanğın yanğinsöndürənlər tərəfindən tam söndürülüb.

Araşdırma zamanı yanğının binanın girişində quraşdırılan elektrik sayğaclarından qaynaqlandığı məlum olub. Yanğın söndürüləndən sonra hadisə yerində araşdırma aparılan zaman 7 ədəd elektrik sayğacının və elektrik naqillərinin yandığı məlum olub. Binaya elektrik verilişi müvəqqəti dayandırılıb.

Nazirliyin əməkdaşları hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalarını davam etdirirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!