3 Mart, 2015
Gömrüklükdə Azərbaycan vətəndaşının üzərində tiryək aşkarlandı

İrandan gələn Azərbaycan vətəndaşının üzərində tiryək və həşiş qətranı aşkar olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Nəsib Babayevin üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 9,141qram olan narkotik vasitə - tiryək və 1 ədəd bükümdə, xalis çəkisi 6,75 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!