3 Mart, 2015
Prezident Nemtsovu ordenlə təltif edib

Ukrayna prezidenti Rusiya siyasətçisi Boris Nemtsovun (ölümündən sonra) "Azadlıq" Ordeni ilə təltif edilməsi haqda sərəncam verib.

Simsar.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün sosial şəbəkələrdəki səhifələrində yazıb.

"Boris ukraynalılar üçün həmişə Rusiya vətənsevəri, Ukraynanın dostu olaraq qalacaq. O, öz həyatı ilə əgər istək olarsa, bunun birləşdirilə biləcəyinin mümkünlüyünü sübut etdi. Onun həyat şüarı belə idi: "Sizin və bizim azadlığımız uğrunda!" Ona görə də mən onu "Azadlıq" Ordeni ilə təltif etdim", - Pyotr Poroşenko sosial şəbəkədəki yazısında vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!