3 Mart, 2015
Ermənistanın işğalçılıq siyasəti sülh prosesinə mənfi təsir edir - Zakir Həsənov

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib. Bu barədə Simsar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!