3 Mart, 2015
“Azərbaycanda Qafqaz almanları muzeyi” layihəsinin müzakirəsi keçirilib

Mədəniyyət və Turizm Nazirliyində «Azərbaycanda Qafqaz almanları muzeyi» konsepsiyası layihəsinin müzakirəsi keçirilib

Müzakirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayey, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul işçiləri, Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel və layihəyə aidiyyəti olan qurumların nümayəndələri iştirak ediblər.
«Cənubi Qafqazda Yerli Özünüidarəetmə» proqramının Azərbaycan üzrə rəhbəri Katarina Lampe layihənin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, bu, Azərbaycanda Qafqaz almanlarının mədəniyyətini və yaşam tərzini nümayiş etdirən ilk muzey olacaq. Layihə Azərbaycanla Almaniya arasında mədəni-humanitar əməkdaşlığa töhfə verəcək.
«EuroKaukAsia» elmi-mədəni cəmiyyətinin sədri, professor Eva-Maria Aux (Auch) «Azərbaycanda Qafqaz almanları muzeyi» layihəsini təqdim edib. Bildirib ki, layihə çərçivəsində Göygöl şəhərində (keçmiş Helenendorf qəsəbəsi) yaşamış sonuncu alman kolonisti Viktor Klaynın evi muzeyə çevriləcək.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!