3 Mart, 2015
Forbes jurnalı “Planetin Ən Zəngin Adamı”nı seçib – FOTO

Forbes jurnalı “Planetin Ən Zəngin Adamı” titulunu yenə də Micrasoftun qurucusu Bill Geytsə verib.

21 ildə 16 dəfə bu mükafata layiq görülən 59 yaşlı zəngin ötən ildə uğurlu addımlar atıb. Geyts 15 ildir ki, səhmlərin satışı ilə məşğul olaraq gəlir əldə edib. O ötən ilin noyabrında 1,5 milyard dollarlıq səhmindən imtina edərək onu “Bill and Melina” xeyriyyə fonduna bağışlayıb. Bill Geyts həmçinin qlobal sağlamlıq üçün də yatırımlar edib. Bundan başqa Bill Geyts aclıq və xəstəliyin tüğyan etdiyi Afrikaya da yardımlarını əsirgəməyib. Bunun üçün Fonddan pul ayırlması haqda qərar da verib. 

Nigar Məhərrəm

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!