3 Mart, 2015
Vladimir Levin “Qəbələ”dən ayrıldı

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.

Simsar.az Apasport-a istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi Vladimir Levin “qırmızı-qaralar”la vidalaşıb.

Klubdan verilə məlumata görə, uzun müddətdir zədədən əziyyət çəkən 31 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıqla ləğv edilib. Levinin klubla anlaşması cari mövsümün sonuna qədər idi. Lakin zədəsi ciddi olduğundan, onun burda qalmasına ehtiyac duyulmayıb. Artıq vətəni Ukraynada, ailəsinin yanında olan Levin çox güman ki, karyerasını bitirəcək.

Qeyd edək ki, 9 il şərəfini qoruduğu “İnter”dən 2013-cü ildə “Qəbələ”yə keçən Vladimir Levin ümumilikdə Azərbaycan Premyer Liqasında 231 oyun keçirib, 14 qola imza atıb. Milliləşdirilmiş müdafiəçi 28 dəfə də Azərbaycan yığmasının formasını geyinib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!