3 Mart, 2015
Rəsmi Tehran nüvə silahı ilə bağlı maraqlı açıqlama verib

“İran nüvə silahının hazırlanmasını və istifadə edilməsini haram bilir”.

Simsar.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Konstitusiya üzrə Negəhban Şurasının katibi Ayətullah Əhməd Cənnəti çıxış edib.  O, ABŞ-ın islamafobiya yaymağa çalışdığını bildirib:
“Qərb İranın elmi və nüvə inkişaflarına qarşı namərdcəsinə hərəkət edir. Onlar bilirlər ki, İran islam nöqteyi-nəzərindən nüvə silahının hazırlanmasını və istifadə edilməsini haram bilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!