3 Mart, 2015
Bakının mərkəzi yollarından birində təmir işləri yekunlaşıb

Paytaxtın Səbail rayonunda yerləşən Nizami küçəsində təmir işləri davam etdirilir. Artıq sözügedən küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə olan hissəsinə kimi işlər başa çatdırılıb. Simsar.az "Azəryolservis" ASC-nin mətbuat katibliyinə istinaədən xəbər verir ki, həmin ərazidə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, asfalt-beton ortüyünün döşənməsi yekunlaşıb. Sabahdan etibarən təmir işlərinin həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!