3 Mart, 2015
Azərbaycan bəstəkarının əsərinin Mexikoda təqdimatı keçirilib

Meksika paytaxtında Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun “Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” adlı əsəri təqdim olunub.

Azərbaycanın Meksikadakı səfirlikdən Simsar.az-a verilən məlumata görə, əsər ölkənin paytaxtı Mexiko şəhərində Livanın Respublikasının Milli bayramı çərçivəsində Livan mədəniyyəti günləri zamanı təqdim edilib.

“Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” adlı əsər Mexiko Şəhər Filarmonik Orkestrinin ifasında təqdim olunub. Orkestr tərəfindən həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa edilib. Orkestri livanlı bədii rəhbər və baş dirijor, Lubnan Baalbaki idarə edib.

F.Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə dinləyiciləri özünə cəzb edən, “Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” əsəri konsert salonunda səsləndiyi zaman dinləyiciləri valeh etmiş və əsərin ifası alqışlarla qarşılanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!