2 Mart, 2015
Qahirədəki Ramses Meydanında partlayış - Ölənlər var

Misirin paytaxtı Qahirədəki Ramses Meydanında partlayış baş verib.

Simsar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, partlayış zamanı 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyi rəsmisi Hüsam Abdulğaffar açıqlamasında hadisənin əhalinin sıx olduğu meydanda baş verdiyini bildirib, ölən yaralıların artdığını qeyd edib. İlkin məlumata görə, hələlik ölü sayının 1 nəfərdir.

Meydana giriş qadağan olunub, ərazidəki metronun hərəkəti dayandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!