2 Mart, 2015
Fransadakı türk səfirinə boya atdılar

Türkiyənin Fransadakı səfirinə hücum edilib.

Simsar.az CNN-ə istinadən xəbər verir ki, Paris Descartes Universitetinin Hüquq fakültəsində “Türkiyə və Fransada dünyəvilik” adlı konfrans təşkil olunub.  Səfir konfransda çıxış edən zaman naməlum şəxs əlindəki boyanı Hakkı Akilin üzərinə atıb. Təhlükəsizlik orqanları hücum edən şəxsi zərərsizləşdirib, onun tələbə olmadığı müəyyənləşib.

Türkiyənin Fransadakı səfiri hadisə yerindən uzaqlaşıb. Polis şöbəsindən verilən məlumata görə, hücum edən şəxs erməni əsilli Fransa vətəndaşı olduğu bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!