2 Mart, 2015
Azərbaycan - Malta oyununun biletləri satışda

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb.

Simsar.az-ın məlumatına görə, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 AZN-di.

Qeyd edək ki, martın 28-də keçiriləcək Azərbaycan - Malta oyunu saat 21.00-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!