2 Mart, 2015
Bakıda yeni tikilən ticarət mərkəzi çökdü - Foto

Bu gün Nizami rayonu ərazisində tikinti işləri aparılan binada uçqun baş verib.

Virtualaz.org-un məlumatına görə, iş görülərkən tikinti gedən binada fəhlələr də olub. Onların uçqun altında qaldığı ehtimal olunur. Lakin bu, sadəcə gümandır və fakt hələ təsdiqlənməyib.

Hadisə 8-ci kilometr bazarının (“Vosmoy bazarı”) arxasında gedən tikintidə baş verib. 4 mərtəbəli ticarət mərkəzinin tikintisi zamanı qəza baş verib. Binanın ikinci mərtəbəsinin tikintisi gedərkən qəza beton tökülən zaman baş verib. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb və beton kütləsi birinci mərtəbəyə tökülüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!