2 Mart, 2015
Bakıda daha bir yol bağlanır

Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinin təmirinə başlanılıb.

Bu barədə Simsar.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Təmir işləri ilkin mərhələ üzrə Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək.

Artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!