2 Mart, 2015
“Türkiyə “İŞİD”-ə qarşı koalisiyanın üzvüdür” – İsmət Yılmaz

Simsar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri İsmət Yılmaz, Türkiyənin “İraq Şam İslam Dövlətinə” (İŞİD) qarşı koalisiyanın üzvü olduğunu bildirib.

Nazir Türkiyənin “İŞİD”-ə qarşı koalisiyanın üzvü olduğunu qeyd edərək, ölkəsinin koalisiyanın (Mosul hərəkatı) fəaliyyətinə konkret töhfə verdiyini söyləyib.

Yılmaz bildirib ki, ABŞ ilə Türkiyə ortaq bir komissiya yaradacaq. Bu komissiyada kimlərin yer alacağı qeyd ediləcək. Bu göstərilən şəxslərə, Kırıkkale yaxınlığında təlim keçiləcək: "Hörmətli baş nazirimizin dediyi kimi, digər müttəfiqlər öz üzərinə düşəni etsə, Türkiyə də öz üzərinə düşəni etməyə hazırdır".

Müdafiə naziri, çərşənbə günü İraqa gedəcəyini bildirərək, müdafiə və daxili işlər nazirləri ilə görüşəcəyini də əlavə edib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!