2 Mart, 2015
Azərbaycan-Malta oyununun biletləri satışda

Azərbaycan-Malta matçının biletləri satışa çıxarılıb.

Simsar.az AFFA-nın saytına istinadən xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından əldə etmək olar.

Həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzində də bilet satışı təşkil olunub. Matç biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 manat arasında dəyişir.

Görüş “Avro-2016"-nın seçmə mərhələsi çərçivəsində martın 28-i, saat 21:00-da Respublika stadionunda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!