2 Mart, 2015
Nazirlik: “Ötən ay dərmandan 14 nəfər zəhərlənib”

Azərbaycanda ötən ay ərzində qeydə alınan dərman zəhərlənmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Simsar.az-a açıqlamasında deyib ki, ötən ay ərzində Azərbaycanda dərmanın əlavə təsiri nəticəsində allergik reaksiyadan 14 müraciət olub. Onlardan 9 nəfər xəstəxanaya yerləşdirilib.

A.Maqsudovun sözlərinə görə, zəhərlənənlərdən iki nəfər qadın 7 nəfər isə kişilər olub. “Onların hər birinin vəziyyəti normaldır və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. O qeyd edib ki, dərmandan zəhərlənmə rayonlarda deyil, əsasən Bakı şəhərlərdə qeydə alınıb.

A.Maqsudov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlər sayında azalma müşahidə olunub.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!