2 Mart, 2015
Macarıstan Bakıya 200 idmançı ilə gələcək

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək Macarıstan millisinin idmançı sayı açıqlanıb. Simsar.az xəbər verir ki, bu barədə Macarıstan Olimpiya Komitəsinin idman direktoru Laslo Fabian açıqlama verib.

O bildirib ki, ölkəsi Bakıya 300 nəfərlik nümayəndə heyəti ilə gələcək. Bu heyətin təxminən 200-ü idmançı olacaq və 18 növdə ölkəsini təmsil edəcək: “Avropa Oyunlarına ciddi yanaşırıq və Azərbaycana böyük heyətlə yollanacağıq. Təxminən 200 idmançı mükafatlar uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, Bakı-2015-ə bolqarlar 109, hollandlar 100-dən artıq idmançı, həmçinin böyük britaniyalılar 240 (160 idmançı) və rumınlar 200 (nümayəndə heyətilə birgə) nəfərlə gələcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!