2 Mart, 2015
Silahlı Qüvvələrimiz Türkiyəyə gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Simsar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 2-dən 6-dək İtaliyanın Latina şəhərində maddi texniki təminat üzrə funksional sahələr sistemi (LOGFAS) kursu, martın 2-dən 13-dək Türkiyənin paytaxtı Ankara şəhərində silahlı münaqişə hüququ kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!