2 Mart, 2015
Ordumuzun əsgəri dünyasını dəyişdi

Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.

Simsar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.

Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!