2 Mart, 2015
Mübariz Qurbanlı Türkiyədə rəsmi səfərdədir

Türkiyə Cumhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə gedib.

Komitədən Simsar.az-a verilən məlumata görə, səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin Mehmet Görməzlə iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi, həmçinin, Diyanət İşləri Başqanlığında, Diyanət Vəqfində, Ankara Universitetində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Eyni zamanda, Mübariz Qurbanlı səfər zamanı bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazirin müavini Bülənt Arınçla görüşlər keçirəcək.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!