2 Mart, 2015
Ötən ay 36 nəfər dəm qazından zəhərlənib

Ötən ay Azərbaycanda 36 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib.

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Simsar.az-a açıqlamasında deyib ki, onlardan 31 nəfər  xəstəxanaya yerləşdirilib, qalanları evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərin yarıdan çoxu, 70%-i qadın, 30% kişi  olub. 31  nəfərdən 4-nün isə uşaq olduğu bildirilib. Zəhərlənmələrdən ölüm halı qeydə alınmayıb.
A.Maqsudov qeyd edib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmələrin sayı azdır: "Ötən ilin müvafiq dövründə müraciətlər daha çox idi”.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!