2 Mart, 2015
DİN-də işləmək istəyən 62 nəfər ikinci mərhələdə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 1-də Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Komissyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında başlanmış və 3 saat ərzində aparılıb.

İmtahan nəticələri elə həmin gün – martın 1-də Komissiyanın internet saytında yerləşdirilib.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.

Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb.

Onlardan 18 nəfəri imtahana gəlməmişdir. İmtahanda iştirak edən 189 namizəddən 62 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 89 bal olub.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!