2 Mart, 2015
Yol polisinə atəş açıldı – Ölən var

Dağıstanın Babayurt rayonunda polislə atəş açılıb.

Simsar.az xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə yerli vaxtla saat 5:00-da Hamamyurt kəndi yaxınlığında baş verib. Naməlum şəxs yol polisi avtomobilinə meşə massivi tərəfdən atəş açıb. Cavab atəşi ilə həmin şəxs öldürülüb. Polislər arasında xəsarət alan olmayıb.

Polisə hücum edən şəxsin kimliyi müəyyənləşdirilir. Hadisə yerindən bir qədər aralıda VAZ-2110 markalı avtomobil də tapılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!