2 Mart, 2015
Hillari Klinton ABŞ prezidenti ola bilər

Keçmiş dövlət katibi və ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton 2016-cu ilin noyabrında keçiriləcək növbəti prezident seçkilərində iştirak edəcəyini aprel ayında elan edəcək.

Simsar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti bazar günü öz elektron versiyasında məlumat yayımlayıb.Demokratlar partiyasının sponsorları və onun müşavirləri bildiriblər ki, gözlənilir ki, Hillari Klinton prezident seçkilərində mübarizə aparacaq. Xanım Klinton tezliklə öz seçkiqabağı fonduna vəsait toplamağa başlaya biləcək.

Qəzet qeyd edir ki, Klintonun qərargahı seçki kampaniyasının keçirilməsi üçün milyard dollar yığmağı planlaşdırır. "Demokrat partiyasının bəzi sponsorları ehtiyat edirlər ki, əgər Klinton rəsmi üzvlüyü seçkiqabağı mübarizəni yaya qədər təxirə salsa, ona lazımi məbləği toplamaq çətin olacaq.

Bildirək ki, Ağ ev rəhbəri Barak Obama 2012-ci ilin prezident seçkisi kampaniyasına 716 milyon ayırmışdı.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!