2 Mart, 2015
“Real” və “Atletiko” xal itirdi – NƏTİCƏLƏR

İspaniya “La Liqa”sında 25-ci tur başa çatmaq üzrədir. Simsar.az xəbər verir ki, ötən gün çempionatda daha 4 oyun baş tutub.

Lider “Real Madrid” “Vilyarreal”ı qəbul edib. 52-ci dəqiqədə Ronaldonun penaltidən vurduğu qolla hesabda önə keçən “Kral klubu” üstünlüyü qoruya bilməyib. Moreno “Sarı sualtı qayığ”a 1 xal qazandırıb.

Çempionluq uğrunda yarışan “Atletiko” da turu xal itkisi ilə başa vurub. Diyeqo Simeonenin yetirmələri “Sevilya”nın müqavimətini qıra bilməyib.

1 mart

İspaniya La Liqası, 25-ci tur

“Valensiya” – “Real Sosyedad” - 2:0
Qollar:
Piatti, 53, 56 (2:0)

“Eybar” – “Atletik” (Bilbao) - 0:1
Qol:
Gurpeci, 36 (0:1)

“Sevilya” – “Atletiko” (Madrid) - 0:0

“Real” (Madrid) – “Vilyarreal” - 1:1
Qollar:
Ronaldo, 52-pen (1:0), Moreno, 64 (1:1)

Qeyd edək ki, tur bu gün baş tutacaq “Selta Viqo” – “Eybar” matçı ilə yekunlaşacaq.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!