1 Mart, 2015
Biznesmenlərə şad xəbər

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə qərarında dəyişiklik edilib.

Simsar.az-ın məlumatına görə, baş nazir Artur Rasizadə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Qərarda bildirilir ki, təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!