28 Fevral, 2015
Erməni ordusu itki verdi - İki hərbçi öldürüldü

Erməni mətbuatı Ermənistan ordusunun cəbhə xəttində növbəti dəfə itki verməsi ilə bağlı məlumat yayıb.

Simsar.az-ın news.am-a istinadən xəbər verir ki, itkilər 28 fevral, saat 14:25-də Qondarma Dağlıq Qarabağın şimal-şərq hissəsində qeydə alınıb.

Artıq ölən hərbçilərin adı da açıqlanıb. Onlar 1979-cu il təvəlldülü Artak Aqekyan və 1995-ci il təvəlldülü Ayak Baroyandır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!