28 Fevral, 2015
DİN-dən aksiyayla bağlı rəsmi açıqlama - 8 nəfər tutuldu

“Bu gün vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz etiraz aksiyası keçirməyə cəhd göstərib”.

Simsar.az xəbər verir ki, bunu vritualaz.org-a açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

“Paytaxtın mərkəzində ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb. Müvafiq araşdırmalar aparılır” - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün günorta saatlarında bir qrup şəxs paytaxtın Nizami küçəsində (“Tarqovu”) aksiya keçirməyə cəhd edib. Aksiyanın səbəbi kimi manatın məzənnəsinin düşməsi ilə bağlı yaranan süni qiymət artımı göstərilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!